Aprel ayından Qazaxıstan Rusiyaya çatdırılmalarda Qərbin sanksiyalarından yayınma ilə mübarizə sistemi tətbiq edəcək.
Bu barədə Eurasianet portalı məlumat verib.
Beləliklə, Qazaxıstan paralel idxal sistemi vasitəsilə Rusiyaya sanksiyalardan yan keçməyə kömək etmədiyini Qərb ölkələrinə nümayiş etdirmək istəyir.
Portalın məlumatına görə, Astana Rusiya ilə ticarəti məhdudlaşdırmağı planlaşdırmır, eyni zamanda sanksiyalar riskini də götürmək niyyətində deyil.