Qazaxıstan 2024-cü ildə qaz hasilatını 2.3% artıraraq 60.5 mlrd. kubmetrə çatdırmağı planlaşdırır.
Bu barədə ölkənin energetika naziri Almasadam Satkaliyev hökumətin iclasında məlumat verib.
Onun sözlərinə görə, 2024-cü ilin birinci yarısında ölkədə qaz hasilatı 30 mlrd. kubmetr təşkil edib, bu da 2024-cü il üçün planın 50%-ni təşkil edir.
Nazir qeyd edib ki, qaz hasilatının artırılması əsas Qaraçaqanak, Tengiz və Kaşaqan yataqları hesabına nəzərdə tutulub.