12 C
Baku
Saturday, November 23, 2024

Qazaxıstan qaz ixracını dayandıra bilər

“Yaxın illərdə Qazaxıstanın qaz sahəsində böhran gözlənilir, belə ki, təxirəsalınmaz tədbirlər görülməzsə ölkə qaz ixracını dayandıra bilər”.

Bu barədə “QazaqGaz” SC-nin İdarə Heyətinin rəhbəri Sanjar Jarkeşov parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əgər istehlakçıların bütün sorğuları təmin edilərsə böhran artıq 2023-cü ildə başlaya bilər.

“2024-cü ildən etibarən defisitin olacağı proqnozlaşdırılır. Daxili bazarın tələbi mövcud qaz resurslarını, təxminən 1,7 milyard kubmetr üstələyir. Əgər təxirəsalınmaz tədbirlər görülməzsə, artıq 2023-cü ildə qaz ixracı dayandırıla bilər”, – o deyib.

Sanjar Jarkeşov bildirib ki, hazırda yeni və böyük istehlakçılardan sorğular daxil olur, İES-lər qaza keçirilir, qaz təchizatına yeni qaz-kimya kompleksləri qoşulur.

Qazaxıstanın energetika naziri Bolat Akçulakov isə əsas məqsədin qaz ixracı deyil, ölkənin daxili tələbatının ödənilməsi olduğunu söyləyib: “Bizdə defisit gözlənilir, buna görə də 2025-ci ilədək ixracı sıfıra endirəcəyik. Daha sonra artan daxili tələbatı öz istehsalımızdan savayı başqa hansı yolla ödəyə biləcəyimiz məsələsi aktual olacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər