21 C
Baku
Thursday, June 19, 2025

Qazaxıstan qısa müddətdə BTC kəməri ilə illik neft ixracını 2,2 milyon tona qədər artırmağı planlaşdırır

Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlıq vasitəsilə ixrac marşrutlarının şaxələndirilməsi geosiyasi riskləri və məhdud sayda tranzit marşrutlarından asılılığı azaltmağa kömək edə bilər.

Bu barədə Qazaxıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə dair Astana Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən hazırlanmış analitik hesabatda deyilir.

“Azərbaycandakı Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri neft ixracı üçün etibarlı infrastrukturdur və onun effektivliyi artıq praktikada sübuta yetirilib. Qazaxıstan və Azərbaycan artıq bu istiqamətdə əməkdaşlığı həyata keçirməyə başlayıblar”, -deyə hesabatda bildirilir.

Xatırladılır ki, ötən il Qazaxıstan BTC kəməri ilə 1,4 milyon tondan çox neft ixrac edib və bununla da birgə infrastrukturdan istifadə modelinin səmərəli olduğunu nümayiş etdirib.

Hesabatda qeyd olunur: “Buna baxmayaraq, boru kəməri əhəmiyyətli dərəcədə istifadə olunmamış qalır. 2024-cü ildə bu kəmər vasitəsilə təqribən 29,47 milyon ton neft nəql edilib ki, bu da illik 60 milyon tonluq layihə gücündən 50 faiz azdır. Rəsmi proqnozlara görə, Qazaxıstan qısa müddətdə BTC vasitəsilə ixracı ildə 2,2 milyon tona, hasilatı isə 2024-cü ildə 20 milyon tona çatdırmağı, habelə koordinasiyanı yaxşılaşdırmağı planlaşdırır”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər