17 C
Baku
Friday, October 18, 2024

Qazaxıstan “Roskosmos”un əmlakına həbs qoyub

Qazaxıstanda kosmodromların əsas operatoru olan Rusiya Federal Kosmik Agentliyinə (“Roskosmos”) məxsus Yerüstü Kosmik İnfrastrukturların İstismar Mərkəzinin əmlakına həbs qoyulub.

Bu barədə “KZ24” bildirib.

Həbsin qoyulmasına səbəb kimi “Roskosmos”un yerli “Bayterek” müəssisəsi qarşısında 13.5 milyard tenge (2 milyard rubl) borcunun yaranması göstərilib.

“Soyuz-5” raketinin ətraf mühitə təsirinin qiymətləndirilməsi istiqamətində aparılan işlər nəticəsində borc yaranıb. Bu səbəbdən də Mərkəz tərəfindən ölkədən aktivləri çıxarmağa, onun rəhbərinə isə istintaq hərəkətləri başa çatana qədər respublikanı tərk etmək qadağası qoyulub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər