12 C
Baku
Saturday, November 23, 2024

Qazaxıstan Rusiya ilə sərhəddə “yaşıl dəhliz” açacaq

Qazaxıstan hökuməti Rusiya ilə iki dövlətin sərhədində ərzaq daşıyan yük maşınları üçün “yaşıl dəhliz”in açılmasını müzakirə edir. Xatırladaq ki, bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikaya çoxlu sayda rusların daxil olması ilə bağlı Moskva ilə danışıqlar aparmaq planlarını açıqlamışdı.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Bu həftənin əvvəlində, sentyabrın 27-də Qazaxıstan Daxili İşlər Nazirliyi Rusiyada qismən səfərbərlik elan ediləndən sonra təxminən 98 min rusiyalının respublikaya keçdiyini bildirib. Qazaxıstan Əmək Nazirliyinin məlumatına görə, ilin əvvəlindən respublikaya 260 mindən çox rusiyalı daxil olub, baxmayaraq ki, bütün ötən illərdə onların orta sayı 30 min təşkil edib.

Son xəbərlər
Digər xəbərlər