13 C
Baku
Tuesday, May 7, 2024

Qazaxıstan Rusiya təyyarə yanacağının idxalına qadağa qoyub

Qazaxıstan Dəmir Yolları iyunun 14-dən bir ay müddətinə Rusiya aviasiya yanacağı və kerosin daşınmasını qadağan edib.

Bu barədə MDB-yə üzv ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının Direktorluğunun məlumatında bildirilib.

Qeyd edilib ki, qadağa Qazaxıstan Dəmir Yollarının tələbi ilə tətbiq edilir. Başqa təfərrüatlar verilmir.

Mayın sonunda Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayev bildirmişdi ki, respublikada təyyarə yanacağı qıtlığı yaşanır, bu səbəbdən onu Rusiyadan idxal etmək məcburiyyətindədir. “Mülki aviasiyanın inkişafını əngəlləyən əsas amillərdən biri daxili bazarda təyyarə yanacağının çatışmazlığı və onun baha olmasıdır”, – nazir qeyd etmişdi.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər