Qazaxıstan Rusiya vətəndaşlarının ölkəyə gəlməsini məhdudlaşdıra bilməz, lakin yaşayış icazəsi qanunvericiliyə uyğun və yalnız lazımi sənədlər təqdim olunduqdan sonra rəsmiləşdiriləcək.
Bunu Qazaxıstan Parlamenti Senatının (yuxarı palata) spikeri Maulen Aşimbayev deyib.
“Əgər ruslar ölkəmizə gəlmək və sonra geri qayıtmaq, müəyyən dövr ərzində işlə bağlı olaraq burada olmaq istəsələr – burada heç bir sual yaranmamalıdır və biz məhdudiyyət tətbiq edə bilmərik” – deyə Aşimbayev jurnalistlərin suallarını cavablandırıb.
Bununla yanaşı, o həmçinin vurğulayıb ki, Rusiya vətəndaşları Qazaxıstanda yaşayış icazəsi almaq üçün öz ölkələrində qeydiyyatdan çıxmalıdır.