26 C
Baku
Wednesday, April 24, 2024

Qazaxıstan Rusiyanı Azərbaycan pomidorlarında virusun olması barədə məlumatlandırıb

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan pomidorlarında qəhvəyi qırış virusunun (Tomato brown rugose fruit virus – ToBRFV) aşkarlanması səbəbindən gətirilməsinə qoyulan qadağa barədə Rusiyanın “Rosselxoznadzor”unu məlumatlandırıb.

“Rosselxoznadzor” xəbər verir ki, quruma ünvanlanan sənəddə bu ilin 2 və 12 yanvar tarixlərində Azərbaycandan Qazaxıstana gətirilən tərəvəzlərin Azərbaycanın səlahiyyətli qurumu tərəfindən verilən fitosanitar sertifikatlarla müşayiət olunduğu bildirilir. Məhsulda virusun aşkarlanması Qazaxıstanın “Respublika Bitki Karantin Mərkəzi” dövlət müəssisəsi tərəfindən təsdiqlənib. Bununla əlaqədar Qazaxıstanın səlahiyyətli qurumu 16 yanvardan etibarən Azərbaycandan ölkəyə pomidor tədarükünə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Xatırladaq ki, bu yaxınlarda Rusiyanın səlahiyyətli qurumu Qazaxıstandan pomidor və bibər idxalına dair məhdudiyyətlər tətbiq edib. Buna cavab olaraq Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov qadağanın aradan qaldırılmadığı təqdirdə Qazaxıstan tərəfinin də Rusiya mallarına qarşı eyni tədbirlərin görüləcəyini bildirmişdi.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər