21 C
Baku
Friday, April 26, 2024

Qazaxıstan Rusiyaya neftin nəqlini bərpa edib

Qazaxıstanın milli operatoru “Kaztransoil” Uzen-Atırau-Samara magistral boru kəmərinin Atırau-Samara hissəsində müvafiq texnoloji rejimlərdə neft nəqlini bərpa edib.

“Kaztransoil”ın verdiyi məlumata görə, neftin nəqli Qazaxıstan ərazisində elektrik enerjisi tədarükünün sabitləşməsindən sonra plan göstəricilərinə uyğun olaraq bərpa olunub.

Qeyd edilir ki, Qazaxıstanın şimalındakı iki bölgədə enerji təchizatı ilə əlaqədar problemlər olması səbəbindən birinci günün səhər saatlarından sözügedən istiqamət üzrə Rusiyaya neftin nəqli dayandırılmışdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər