Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidməti Akademiyasının rəisi müəssisənin binasına hücum zamanı öldürülüb.
Məlumatı “Sputnik Kazaxıstan” yayıb.
Bildirilib ki, etiraz aksiyasının iştirakçıları akademiyanın binasını ələ keçirməyə cəhd göstəriblər. Akademiyanın müdavimləri onlara qarşı mübarizə aparıb. Müdavimlərə akademiyanın rəisi başçılıq edib.