32 C
Baku
Tuesday, July 23, 2024

Qazaxıstan Senatı Orta Dəhlizin inkişafına dair sazişləri təsdiqləyib

Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) Türkdilli ölkələr arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) və birləşmiş yük daşımalarının inkişafına yönəlmiş bir sıra beynəlxalq sazişləri ratifikasiya edib.

Bu barədə Senatın bəyanatında bildirilir.

Bildirilib ki, deputatlar Türk Dövlətləri Təşkilatına (TDD) üzv ölkələrin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında sazişi və Qazaxıstan və Çin arasında beynəlxalq avtomobil daşımaları haqqında hökumətlərarası sazişi ratifikasiya ediblər.

Orta Dəhlizin inkişafına dair iki Qazaxıstan-Çin hökumətlərarası sazişi də ratifikasiya olunub. Eyni zamanda, sənədlərdən biri ilə iki ölkənin əraziləri üzrə konteyner qatarları ilə daşımaların artırılması və TBNM üzrə potensial illik yükdaşıma həcminin proqnozlarının hazırlanması nəzərdə tutulur. Digər saziş isə Orta Dəhliz marşrutları üzrə avtomobil, dəmir yolu və dəniz nəqliyyatından səmərəli istifadəyə yönəlib.

Xatırladaq ki, bu ilin 4 ayına olan məlumata görə, TBNM vasitəsilə yükdaşımaların həcmi ötən illə müqayisədə 14% artaraq 1.4 milyon ton təşkil edib.

2023-cü ildə TBNM ilə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə 65% artaraq 2.7 milyon ton (2022 – 1.7 milyon ton) təşkil edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər