16 C
Baku
Friday, November 22, 2024

Qazaxıstan Senatı Rusiya neftinin ölkə ərazisindən Çinə nəqli ilə bağlı sənədi ratifikasiya edib

Qazaxıstan Senatın üzvləri “Qazaxıstan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Rusiya neftinin Qazaxıstan Respublikasının ərazisindən Çin Xalq Respublikasına nəqli sahəsində əməkdaşlıq haqqında” Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” Qanunu ratifikasiya ediblər.

Qanunun məqsədi 2023-cü il iyunun 16-da Sankt-Peterburq şəhərində imzalanmış və neft tranzitinin həcminin və tariflərinin yenilənməsi məsələləri ilə bağlı Sazişə dəyişiklikləri nəzərdə tutan Protokolun ratifikasiyasıdır.

Eyni zamanda, Qazaxıstan tərəfi Sazişdə göstərilən marşrutlar üzrə neft nəqli xidmətlərindən əlavə dəyər vergisi üzrə sıfır dərəcə ilə vergi tutacaq. Protokol Sazişin qüvvədə olma müddətini 1 yanvar 2034-cü il tarixinədək – 10 il müddətinə uzadıb.

Agentlik bildirir ki, Senatın daimi komissiyalarının Qanunla bağlı heç bir irad və təklifi olmayıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər