Qazaxıstan şirkəti Azərbaycana avtobus ixrac etmək niyyətindədir

Qazaxıstanın “Daewoo Bus” şirkəti Azərbaycana avtobus ixrac etmək niyyətindədir.

Banker.az bildirir ki, bunu “İnterfaks Qazaxıstan”a şirkətin baş direktorunun müavini Marat Makişev deyib.

M.Makişev hazırda istehsal etdikləri avtobusların Rusiya, Azərbaycan, Tacikistan və digər MDB ölkələrinə ixracı ilə bağlı çalışdıqlarını vurğulayıb.

O, 2019-cu ildə avtobus istehsalını 3 dəfə artırmaq niyyətində olduqlarını da bildirib. “Ötən il 120, bu il 210 ədəd avtobus istehsal olunub. Növbəti ildə bu rəqəmi 300-400 ədədə çatdırmağı planlaşdırırıq”, – şirkət rəsmisi qeyd edib .

©Report