27 C
Baku
Tuesday, July 23, 2024

Qazaxıstan təngəsi də “təngə gəldi”

Bəzi valyutadəyişmə məntəqələri dolları 369 təngəyə mübadilə edir

Qazaxıstan Fond Birjalarında dolların məzənnəsi 367,52 təngəyə kimi bahalaşıb. Bu, 2016-cı ilin fevralından bəri ən pis göstəricidir.

Sputnik Qazaxıstan xəbər verir ki, dünən dolların dəyəri 365,43 təngə olub. Bəzi valyutadəyişmə məntəqələri dolları 369 təngəyə mübadilə edir.

Bundan əvvəl analitik Alpari Vadim Yusub sentyabrın əvvəllərində dolların 350-360 təngə olacağını proqnozlaşdırmışdı. Milli Bankın sədri Daniyar Akişev isə yaxın 2 ildə inflyasiyanın 5-7 faiz olacağını bildirmişdi. O, bunu Rusiyaya qarşı sanksiyalar və təngənin ucuzlaşması ilə əlaqələndirmişdi.

Son xəbərlər
Digər xəbərlər