2 C
Baku
Monday, March 4, 2024

Qazaxıstan Türkiyə ilə gömrük nəzarəti prosedurunu sadələşdirir

Qazaxıstanın hakimiyyət orqanları Türkiyə ilə ticarət zamanı gömrük nəzarəti müddətini azaldacaq.

Müvafiq qanun Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən imzalanıb.

Sənəd iki ölkə hökuməti arasında informasiya mübadiləsinin təşkili və gömrük nəzarəti prosedurunun sadələşdirilməsi barədə 2022-ci il mayın 10-da Ankarada imzalanmış sazişin ratifikasiyasını nəzərdə tutur. Saziş elektron məlumat mübadiləsi vasitəsilə Qazaxıstan və Türkiyə arasında hərəkət edən nəqliyyat vasitələri və yüklərin gömrük nəzarətinin aparılması müddətini azaltmağa və effektivliyini artırmağa yönəlib.

Yeni qaydalara əsasən, xarici iqtisadi fəaliyyət iştirakçılarına sərhəd-buraxılış məntəqələrindən keçid zamanı öncüllük veriləcək. Həmçinin gömrük nəzarəti müddətinin azaldılması məqsədilə sənədləşmə sadələşdiriləcək, qaçaqmalçılıqla bağlı qanun pozuntuları şübhəsi istisna olmaqla, buraxılış məntəqələrində gömrük yoxlaması aradan qaldırılacaq.

Son xəbərlər
Digər xəbərlər