28 C
Baku
Saturday, July 27, 2024

Qazaxıstan və Özbəkistan arasında önəmli sazişlər imzalandı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistana səfəri zamanı bu ölkənin lideri Şavkat Mirziyoyevlə görüşüb.

Görüş zamanı Qazaxıstan və Özbəkistan arasında dövlət sərhədinin demarkasiyası haqqında müqavilə imzalanıb.

Tərəflər arasında imzalanan digər saziş müttəfiqlik münasibətləri haqqında olub. Dövlət başçılarının iştirakı ilə rəsmi nümayəndə heyətlərinin üzvləri ümumilikdə 15 sənəd imzalayıblar.

Səfər zamanı imzalanan ticarət müqavilələri və investisiya sazişlərinin ümumi dəyəri 8 milyard dollardır.

Son xəbərlər
Digər xəbərlər