-1 C
Baku
Sunday, December 15, 2024

Qazaxıstan və Azərbaycan 5 milyon ton Qazaxıstan neftinin nəqli ilə bağlı danışıqlar aparır

Qazaxıstan və Azərbaycan bu il Bakı-Supsa boru kəməri ilə 5 milyon ton Qazaxıstan neftinin nəqli üçün danışıqlar aparır. Çünki Astana Rusiya tranzitindən asılılığını azaltmağa ümid edir.

Bu barədə Reuters agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, neft Qazaxıstanın Xəzər dənizindəki şelfindəki nəhəng Kaşaqan yatağından gələ bilər.

İki Azərbaycan rəsmisi və bir qazax mənbəsinin bildirdiyinə görə, Azərbaycan təklif edib və tərəflər hazırda detalları müzakirə edirlər.

Neftinin böyük hissəsini Xəzər Konsorsiumunun Rusiyadan keçən boru kəməri ilə Avropaya nəql edən Qazaxıstan Ukrayna münaqişəsinə görə marşrutları şaxələndirməyə çalışır.

Son xəbərlər
Digər xəbərlər