“Qazaxıstan və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensial mövcuddur”.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunları üzrə keçirilən mətbuat konfransında deyib.
“Ötən ilin yekunlarına görə, kənd təsərrüfatı məhsullarının ikitərəfli ticarət həcmi 3 dəfə artaraq 146 milyonABŞ dolları təşkil edib. Beləliklə, bu gün kənd təsərrüfatı ümumi ticarət dövriyyəmizin üçdə birindən çoxunu təşkil edir. Biz kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün artırılmasının vacibliyini qeyd etdik”, – Tokayev bildirib.