Qazaxıstan və Çin viza tələblərindən azad olmaq barədə razılığa gəliblər.
Bu barədə “Zakon.kz” məlumat yayıb.
Bildirilib ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Çinə səfəri zamanı Qazaxıstan və Çin hökumətləri arasında viza tələblərindən qarşılıqlı azad olmağa dair saziş imzalanıb.
Bundan əvvəl qazaxıstanlıların Çində 30 günə qədər vizasız qala biləcəyi bildirilirdi.