13 C
Baku
Friday, November 22, 2024

Qazaxıstan və Türkmənistan hava əlaqəsini bərpa edir

Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin (SİİN) Mülki aviasiya komitəsinin Türkmənistan tərəfi ilə birgə Qazaxıstan və Türkmənistan arasında hava əlaqəsinin bərpası məsələsi həllini tapıb.

Bu barədə SİİN-in Mülki aviasiya komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Türkmənistan” aviaşirkəti cari ilin martın 26-dan iki ölkə arasında müntəzəm sərnişin reyslərini bərpa etməyi planlaşdırır.

Qeyd olunub ki, uçuşlar Almatı-Aşqabad marşrutu üzrə həftədə 2 reys tezliyi ilə çərşənbə axşamı və cümə axşamı günləri “Boeing-737” təyyarələri ilə həyata keçiriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər