1 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstan vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

Qazaxıstanın Kiyevdəki səfirliyi həmvətənlərini Ukrayna ərazisinə səfərdən çəkinməyə və mümkünsə bu ölkəni tərk etməyə çağırıb.

Bu barədə bazar ertəsi diplomatik nümayəndəliyin mətbuat xidməti məlumat yayıb.

“Ukraynanın hər yerində mülki infrastruktura və dövlət obyektlərinə hücumların intensivləşməsi ilə əlaqədar Qazaxıstan Respublikasının səfirliyi öz vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə, ölkədə olanları isə hava xəbərdarlığı siqnallarına diqqət etməyə və bu zaman sığınacaqlarda qalmağa çağırır”, – məlumatda bildirilib.

Son xəbərlər
Digər xəbərlər