4 C
Baku
Tuesday, December 24, 2024

Qazaxıstan Vyetnam şirkətlərinə Orta Dəhlizdən istifadəni təklif edib

Qazaxıstan Vyetnama Avropaya məhsul ixracı üçün Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) imkanlarını nəzərdən keçirməyi təklif edib.

Bu barədə Qazaxıstan hökumətinin açıqlamasında bildirilir.

Bildirilib ki, mayın 15-də Qazaxıstan Baş nazirinin müavini Serik Jumanqarin Vyetnamın sənaye və ticarət naziri Nquyen Honq Zien ilə görüşüb: “Görüş zamanı S.Jumanqarin bildirib ki, Vyetnam Qazaxıstan üçün Asiyada mühüm tərəfdaşlardan biridir. İki ölkə arasında ticarət dövriyyəsi (2023-cü ildə) 85% artaraq, təxminən 1 milyard ABŞ dollarına çatıb”.

Baş nazirin müavini Vyetnam şirkətlərinə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) imkanlarını araşdırmağı təklif edib, çünki bu, Vyetnam ixracatının dəniz marşrutları ilə müqayisədə Şərqdən Qərbə 3-4 dəfə daha sürətli hərəkət etməsinə imkan verəcək və xərcləri əhəmiyyətli dərəcədə azaldacaq.

“Biz TBNM-i Asiya ilə Avropa arasında ən optimal marşrut hesab edirik. Biz həmçinin Lianyunqanq dəniz limanında Qazaxıstan-Çin terminalının və Siandakı quru limanın imkanlarından istifadə etməyi təklif edirik”, – S.Jumanqarin vurğulayıb.

Görüş zamanı tərəflər nadir torpaq metallarının hasilatı və emalı sahəsində əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər