18 C
Baku
Friday, November 22, 2024

Qazaxıstan Xəzər dənizinin sahilində yeni taxıl terminalı açıb

Manqistau vilayətinin Kurık limanında gücü ildə 1 milyon ton olan yeni taxıl terminalı istifadəyə verilib.

“Kaspi Grain Way” özəl şirkətinin Kurık limanının ərazisində yerləşən taxıl terminalı bu ölkənin hər yerindən taxıl məhsullarını qəbul etməyə hazırdır.

Layihə çərçivəsində eyni vaxtda 28 min tona qədər taxıl məhsulunun saxlanıla biləcəyi 18 silos tikilib. Konveyerlərin gücü saatda 300 tondur.

Terminal taxıl ixracı həcmlərinin proqnozlaşdırılan artımını təmin edəcək. Hazırda taxıl terminalında 14 min tona yaxın arpa saxlanılır.

Noyabrın 9-da bu terminaldan Kurık limanının 4 nömrəli yanalma məntəqəsindən istifadə etməklə 3500 ton arpa həcmində ilk yük partiyasının daşınması həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər