Qazaxıstan Bakıda yerləşən ECO-UNIDO Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb.
Bu barədə Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün yekunlarına dair ECO-nun mətbuata açıqlamasında deyilir.
“Sammit zamanı Qazaxıstan Bakıda yerləşən ECO Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzaladı”, – məlumatda qeyd olunub.
Bildirilib ki, sammit regional əməkdaşlığın dərinləşdirilməsində mühüm mərhələ olub.