11 C
Baku
Monday, November 25, 2024

Qazaxıstana yeni baş nazir təyin olunub

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Alixan Smailovu Qazaxıstanın yeni Baş naziri təyin edib.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Daha əvvəl parlamentin aşağı palatası onun namizədliyini təsdiqləyib. Tokayev parlamentdə videobağlantı vasitəsilə çıxış edərək deputatlara Smailovun hökumət başçısı vəzifəsinə namizədliyinə baxmağı təklif edib.

Yanvarın 5-də artan etirazlar fonunda Tokayev Askar Maminin başçılıq etdiyi keçmiş hökumətin istefasını qəbul edib.

Smailovun 49 yaşı var və o, 2020-ci ilin mayından Qazaxıstanın Baş nazirinin birinci müavini postunu tutur. Daha əvvəl isə Baş nazirin birinci müavini – maliyyə naziri olub, eyni zamanda prezidentin köməkçisi vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər