20 C
Baku
Tuesday, October 14, 2025

Qazaxıstanda AES-in tikintisi 14-15 milyard dollara başa gələ bilər

Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi üzrə işlərin dəyəri 14-15 milyard ABŞ dolları təşkil edə bilər.

Bunu Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev AES-in tikintisi üzrə işlərin başlanması mərasimində deyib.

“Layihəyə yönəldilən investisiyaların məbləği təxminən 14-15 milyard ABŞ dolları təşkil edəcək”, – o bildirib.

Tikinti işlərinin 2035-2036-cı illərdə yekunlaşacağı gözlənilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər