10 C
Baku
Wednesday, December 11, 2024

Qazaxıstanda aviasiya xidmətləri 27% bahalaşıb

Qazaxıstanda bu ilin yanvar-iyul aylarında aviaşirkətlərin gəlirləri bir il əvvəl 189.2 milyard tengeyə qarşı 276.8 milyard tenge təşkil edib.

Gəlirlərin əsas hissəsi – 270.6 milyard tenge bütün istiqamətlər üzrə sərnişin daşınması hesabına əldə edilib.

Daha 6.2 milyard tenge yük və baqaj daşınmasının payına düşüb.

Ekipajla birlikdə nəqliyyat vasitələrinin lizinqindən əldə edilən gəlir 3 milyard tenge təşkil edib.

2022-ci ilin yanvar-iyul aylarında hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5,8 milyon nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər