6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Qazaxıstanda bu günə planlaşdırılan daxili uçuşların çoxu ləğv edilib

Qazaxıstanda yanvarın 8-nə planlaşdırılan 216 daxili reysdən 160-dan çoxu ləğv edilib.

Bu barədə ölkənin Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Yanvarın 8-də ümumilikdə 216 reys planlaşdırılır ki, onlardan doqquz reys gecikir, 163 reys təxirə salınıb. Bütün digər reyslər cədvələ uyğun həyata keçiriləcək”.

Nazirliyin verdiyi məlumata görə, bütün ləngimələrin və uçuşların təxirə salınmasının əsas səbəbləri Aktau, Taldıkorqan, Almatı şəhərlərində hava limanlarının bağlanması və internetlə bağlı problemlərdir.

“Orda.kz”nin məlumatına görə isə xarici aviaşirkətlər Almatı, Aktau, Türküstan, Çimkent, Kostanaydan Moskva, Frankfurt, Bakı, Dubay, Şarja, Minsk, İstanbul, Urgençə həyata keçirəcəyi 21 reysi ləğv edib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər