20 C
Baku
Thursday, May 23, 2024

Qazaxıstanda daşqınlar səbəbindən dövlət vəsaitlərinə qənaət rejimi tətbiq edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev irimiqyaslı daşqınlarla əlaqədar dövlət vəsaitlərinə qənaət rejimi tətbiq etmək və qənaət edilmiş vəsaitin yardım məqsədilə təbii fəlakətdən zərər çəkənlərə yönəltmək qərarına gəlib.

Bu barədə dövlət başçısının mətbuat xidməti onun Kostanay vilayətinin sakinləri ilə görüşündən sonra məlumat verib.

“Prezident dövlət vəsaitlərinin vətəndaşlara göndərilməsi üçün qənaət rejimi tətbiq etmək qərarına gəldiyini bildirib, həmçinin bütün zərərçəkənlərə lazımi yardım göstəriləcəyini söyləyib”, – məlumatda deyilir.

Qazaxıstanda daşqınlar başlayandan 5411 fərdi yaşayış binası və 1607 həyətyanı sahə su altındadır. Daşqınlar səbəbindən Qazaxıstanın 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan olunub. Xilasetmə işlərinə 35 mindən çox insan, 4 min texnika və 17 təyyarə cəlb olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər