25 C
Baku
Sunday, July 21, 2024

Qazaxıstanda dördgünlük iş həftəsi tətbiq olunacaq

İyulun 1-dən Qazaxıstanın Əmək Məcəlləsində işəgötürən tərəfindən işçilər üçün dördgünlük iş həftəsi müəyyən edilməsinin mümkünlüyü norması qüvvəyə minəcək.

Müvafiq dəyişikliklər ölkə prezidenti Kasım-Jomart Tokayevin imzaladığı qanunla edilib.

“Tərəflərin razılığı ilə əmək müqaviləsi dördgünlük iş həftəsinin müəyyən edilməsinə icazə verir”, – məcəllənin iş vaxtı haqqında maddəsinə əlavədə deyilir.

Qanunvericiliyə edilən dəyişikliyə əsasən, bəzi sənaye sahələrində zərurət yarandıqda müxtəlif həftələrdə eyni vaxtda beşgünlük və dördgünlük iş həftəsi müəyyən edilə bilər. Beş günlük, altı günlük və ya dörd günlük iş həftəsi zamanı ümumi istirahət günü bazar günüdür. Beşgünlük, yaxud da dördgünlük iş həftəsi zamanı ikinci və ya üçüncü istirahət günü ya kollektiv müqavilə, ya da əmək qaydaları ilə müəyyən edilir.

Qeyd edək ki, əvvəllər Qazaxıstanın Əmək Məcəlləsində beş günlük və ya altı günlük iş həftəsi, habelə müddəti tərəflərin razılığı ilə müəyyən edilən yarım-ştat iş həftəsi nəzərdə tutulurdu.

Son xəbərlər
Digər xəbərlər