12 C
Baku
Sunday, October 27, 2024

Qazaxıstanda dövlət şirkətlərinə əsassız şəkildə dollar almaq qadağan edildi

Qazaxıstanda dövlət şirkətlərinə əsassız şəkildə dollar almaq qadağan edilib. Bundan sonra valyuta əməliyyatları yalnız cari öhdəlikləri yerinə yetirmək məqsədilə, Milli Bankın razılığı ilə həyata keçirilə bilər.

Banker.az bu barədə “Forbes.kz” istinadən xəbər verir.

“Valyuta bazarındakı əməliyyatlara nəzarəti milli idarəetmə holdinqlərinə (Milli Rifah Fondu) tapşırıram. Dövlət şirkətlərinə əsassız şəkildə dollar almağı qadağan edirəm”, – ölkənin baş naziri Əsgər Mamin martın 10-u keçirilən iclasda bildirir.

Bu işə nəzarət Milli İqtisadiyyat və Maliyyə Nazirliyinə həvalə edilib.

Maliyyə nazirinin birinci müavini Berik Şolpankulov jurnalistlərə izah edib ki, söhbət kvazi-dövlət sektoru müəssisələrinin “özəl hüquqi şəxslərə münasibətdə” valyuta əməliyyatlarında məhdudiyyətlərin tətbiq edilməsindən gedir.

Son xəbərlər
Digər xəbərlər