27 C
Baku
Saturday, July 27, 2024

Qazaxıstanda fövqəladə vəziyyət rejimi mayın 11-dək uzadıldı

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ölkədə fövqəladə vəziyyət rejiminin mayın 11-dək uzadılması ilə bağlı fərman imzalayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Ölkəmizdəki vəziyyəti nəzərə alaraq, dövlət komissiyasının və ekspertlərin təklifi əsasında fövqəladə vəziyyət rejiminin bu ilin mayın 11-dək uzadılması ilə bağlı fərman imzalamaq qərarına gəldim”, – prezidentin bəyanatında deyilir.

Onun sözlərinə görə, bu qərar “mövcud mürəkkəb reallıq” ilə diktə olunur.
Xatırladaq ki, bu günə qədər Qazaxıstanda 2652 yoluxma halı qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər