8 C
Baku
Sunday, November 17, 2024

Qazaxıstanda fövqəladə hallar naziri işdən çıxarıldı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fövqəladə hallar naziri Yuri İlinin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, nazirin işdən çıxarılması respublikanın şərqində davam edən böyük meşə yanğını fonunda baş verib.

Yanğın 60 min hektar sahəyə yayılıb. Hadisə nəticəsində meşə təsərrüfatının 3 işçisi həlak olub, daha 11 nəfər itkin düşüb. Təbii fəlakət zonasından 316 nəfər təxliyə olunub. Yanğınla mübarizəyə helikopter və hərbi qulluqçular cəlb edilib.

Tokayev Vyetnama iyunun 11-13-nə planlaşdırılan səfərini təxirə salıb. Dövlət başçısının operativ müşavirə keçirmək və təbii fəlakətdən zərər çəkmiş vətəndaşlara yardım məqsədilə tədbirlər görmək üçün bölgəyə gedəcəyi bildirilir.

MənbəUnikal.az
Son xəbərlər
Digər xəbərlər