25 C
Baku
Friday, August 19, 2022

Qazaxıstanda hökumət şagirdlərə 450 000 kompüter paylayacaq

Qazaxıstanın Almatı vilayətində aztəminatlı ailələrdən olan tələbələr üçün 55 min ədəd kompüter avadanlığı alınacaq.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Təhsil şöbəsindən verilən məlumata görə, bu mərhələdə kompüter avadanlıqlarının tədarükü artıq başlayıb. Texniki yoxlamadan sonra avadanlığın bir hissəsi Tandıkorqan, Aksu və Kartal rayonlarına göndəriləcək. Qeyd edildiyi kimi, kompüter avadanlığının tədarükü mərhələli şəkildə həyata keçiriləcək.

“Fərdi kompüter, noutbuk və planşetlər də daxil olmaqla, 55 min avadanlığın alınmasına büdcədən 8,6 milyard tengedən çox vəsait ayrılıb”, – deyə Almatı vilayətinin bələdiyyəsinin mətbuat xidməti məlumat verib.

Avqustun 27-də Almatı bələdiyyəsinin dərslərin distant şəkildə keçirilməsini təmin etmək üçün 450 min kompüter alması məlum olub. Nur-Sultanda aztəminatlı ailədən olan 34 500 uşağı kompüter və router ilə təmin etmək üçün 6 milyard tenge xərcləmək planlaşdırılır. Buna baxmayaraq, tədris ilinin başlamasından 11 gün əvvəl məlum olub ki, Qazaxıstanın hər bölgəsində kompüter çatışmazlığı var.

Son xəbərlər
Oxşar xəbərlər