3 C
Baku
Monday, January 13, 2025

Qazaxıstanda iğtişaşçıların biznesə vurduğu ziyan açıqlanıb

Qazaxıstanın Milli Sahibkarlar Palatası iğtişaşçıların biznesə vurduğu ziyanı hesablayıb.

Ümumi məbləğ təxminən 88,1 milyard tengeni keçib (yalnız Almatıda – 86,8 milyard tenge).

Məlumata əsasən, bu rəqəmlər yanvarın 8-i saat 09:00 üçün aktualdır.

Bildirilir ki, çağrı mərkəzinə 1622 müraciət daxil olub ki, onlardan 937-si talama, 23-ü fors-major, 2-si nəzarət-buraxılış məntəqəsi, 650-si isə fiziki şəxslərin müraciətləri ilə bağlıdır.

Ölkənin 10 regionunda 1091 obyektdə yerləşən 920-yə yaxın, o cümlədən Almatı üzrə 1027 obyektdə yerləşən 856 zərər dəymiş sahibkarlıq subyekti müəyyən edilib.

 

 

Son xəbərlər
Digər xəbərlər