Qazaxıstanda iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği təxminən 200 milyon dollara çatıb.
Bu barədə Qazaxıstanın “Atameken” Milli Sahibkarlar Palatası məlumat yayıb. Bildirilir ki, ölkənin 10 regionunda 848 sahibkarlıq subyekti və 1021 obyektə, o cümlədən Almatıda 789 obyekt və 950 obyektə ziyan dəyib.
Zərərin təxmini məbləği 87,2 milyard təngə (təxminən 200 milyon dollar) təşkil edir ki, bunun da 85,8 milyardı Almatı üzrədir.