5 C
Baku
Tuesday, January 31, 2023

Qazaxıstanda inflyasiya tarixi maksimuma çatıb

Noyabrda Qazaxıstanda inflyasiya illik ifadədə 19.6%-ə çatıb. Bu, tarixi maksimum olub, ölkənin prezidenti Kasım-Jomart Tokayev hökumətin geniş iclasında deyib.

O qeyd edib ki, son 11 ayda iqtisadi artım 4.6%-dən 2.7%-ə düşüb. “Son 14 ildə inflyasiya tarixi maksimuma çatıb və 19.6% təşkil edib. Təbii ki, belə bir vəziyyət əhlinin həyat səviyyəsinə və gəlirlərinə ən çox mənfi təsir göstərir”, – deyə cənab Tokayev vurğulayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

2021-ci ildə Qazaxıstanın ÜDM-si 4% artıb. Dekabrın əvvəlində Qazaxıstan Milli Bankı 2022-ci ildə ÜDM-in artımı ilə bağlı proqnozunu 2-3%-ə endirib, o, həmçinin illik inflyasiyanı 20-21% səviyyəsində gözləyir. Respublika hökuməti ilin sonuna ÜDM artımını ən azı 3% səviyyəsində proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər
X