Qazaxıstanda keçmiş McDonald’s restoranlarının adı dəyişdirilərək I`m olub. Əsas yazının altında isə qeyd edilib: feel-good restaurants (“ruhunuzu qaldıran restoranlar”).
Rebrendinq Qazaxıstanda McDonald’s-ı idarə edən Food Solutions KZ tərəfindən elan edilib. Amerika şirkətinin gedişindən sonra şəbəkə restoranlarının adları üçüncü dəfədir ki, dəyişdirilir.
McDonald’s tədarükün azalması fonunda 2023-cü ilin əvvəlində Qazaxıstandan çıxdığını elan edib. Qazaxıstan bunu şirkətin Rusiya biznesinin satışından sonra problemlərinin olması ilə əlaqələndirir. 2023-cü ilin yanvar ayında restoranlarda “Biz açıqıq” lövhələri quraşdırılıb. Avqust ayından etibarən şəbəkə şirkət işçilərinin adları əsasında müxtəlif adlar altında fəaliyyət göstərir.