Qazaxıstanın təhlükəsizlik qüvvələri Almatıdakı keçmiş prezident iqamətgahını azad ediblər.
Bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
“Almatıda güc strukturları prezidentin keçmiş iqamətgahını, şəhər akimliyini (qubernatorluq), eləcə də Respublika meydanını azad ediblər”, – deyə məlumatda bildirilir.