Qazaxıstanda növbədənkənar prezident seçkisi iyunun 9-da keçiriləcək.
Bu barədə respublikanın hazırkı rəhbəri Kasım-Jomart Tokayev bildirib.
“Konstitusiyaya əsasən, Qazaxıstan Respublikasının növbədənkənar prezident seçkisinin iyunun 9-da keçirilməsi barədə qərar qəbul etmişəm”, – K.-J.Tokayev telemüraciətində deyib