12 C
Baku
Saturday, November 23, 2024

Qazaxıstanda ölüm hökmü ləğv edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikada ölüm hökmünün tam ləğvi haqqında qanun imzalayıb.

Banker.az xəbər verir ki, bundan əvvəl Qazaxıstan parlamenti bəyan etmişdi ki, bu, ölkə qanunlarının beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasına kömək edəcək.

2021-ci ilin yanvarında Qazaxıstan müharibə dövründə, habelə ağır hərbi cinayətlərin törədilməsinə görə cəzalar istisna olmaqla, edamların ləğvi haqqında protokolu ratifikasiya edib.

“Dövlət başçısı “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına ölüm hökmünün ləğvi ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun imzalayıb”, – deyə mesajda bildirilib.

İndi Qazaxıstanda ən ağır cəza ömürlük həbs olacaq. Qeyd edək ki, 2004-cü il yanvarın 1-dən Qazaxıstanda ölüm hökmünə moratorium qüvvədədir.

Son xəbərlər
Digər xəbərlər