-1 C
Baku
Sunday, December 15, 2024

Qazaxıstanda prezidentin səlahiyyət müddəti ilə bağlı Konstitusiya dəyişiklikləri qəbul edilib

Qazaxıstan parlamenti prezidentin 7 illik səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən seçilmək hüququnun məhdudlaşdırılması və paytaxtın adı ilə bağlı dəyişikliklər qəbul edib. Həmçinin qəbul edilmiş qanun layihəsinə əsasən, Qazaxıstanda Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddəti yenidən 6 ildən 8 ilədək artırılır.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, qanun təsdiq üçün prezident Kasım-Jomart Tokayevə göndəriləcək.

Daha əvvəl Konstitusiya Şurası bu dəyişiklikləri hakimiyyətin inhisarlaşmasının qarşısının alınması tələbinə cavab verən kimi tanıyıb.

Son xəbərlər
Digər xəbərlər