12 C
Baku
Monday, November 25, 2024

Qazaxıstanda Rusiya vətəndaşlarının axını fonunda təhlükəsizlik rejimi gücləndirilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya vətəndaşlarının kütləvi axını fonunda təhlükəsizlik tədbirlərini gücləndirmək barədə qərar verib.

Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verilir.

Daxili işlər naziri Marat Axmetjanov Prezident Kasım-Jomart Tokayevlə görüşdə Rusiya Federasiyası vətəndaşlarının gəlişi fonunda görülən təhlükəsizlik tədbirləri barədə danışıb, kriminogen vəziyyətin sabit olduğunu deyib.

Sentyabrın 21-də səfərbərlik elan olunandan bəri Qazaxıstana 98 min Rusiya vətəndaşı daxil olub.

 

 

Son xəbərlər
Digər xəbərlər