Qazaxıstan Respublikasının bütün ərazisində terror təhlükəsinin kritik səviyyəsi tətbiq edilib.
Banker.az xəbər verir ki, “Qazaxıstanın bütün ərazisində terror təhlükəsinin “kritik qırmızı” səviyyəsi tətbiq edilib”, – mesajda bildirilir.
Xatırladaq ki, bundan əvvəl ölkə başçısı Kasım-Jomart Tokayev bütün bölgələrdə konstitusiya quruluşunun bərpa edildiyini açıqlayıb.
Eyni zamanda hüquq-mühafizə orqanlarının Qazaxıstandakı meriyaları və polis idarələrinin bütün binalarını nəzarətə götürməsi məlum olub.