8 C
Baku
Friday, March 29, 2024

Qazaxıstanda vergi “cashback”ı hazırlanır

İqtisadiyyat naziri Ruslan Dalenov bidirib ki, nazirlik nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə bonus sistemi işləyib hazırlayır: “Vergi siyasətində əsas prioritetimiz nağdsız ödənişlərin stimullaşdırılması, vergi bazasının genişləndirilməsi və vergilərin ödənilməsi proseslərinin sadələşdirilməsidir”.

Nazirin sözlərinə görə, nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı məsələ indi hazırlıq mərhələsindədir. Hazırlığa daxil olan məsələlərdən biri ticarət şəbəkələrində kartla ödəniş edən şəxslərə dövlət tərəfindən bonus verilməsidir. Həmin vəsaitlə sonradan vergi ödəmək və ya alış-veriş etmək mümkün olacaq. Bildirilib ki, bu, sadə məsələ deyil və banklarla birgə işləməyə ehtiyac var: “Ona görə də biz bu ildən hazırlıq görürük ki, gələn il öz təklifimizi irəli sürə bilək”.

Son xəbərlər
Digər xəbərlər