2 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstanda xaricdən gələn avtomobillərin müvəqqəti qalma müddəti başa çatır

Azərbaycan da daxil olmaqla 20-dən çox ölkədən Qazaxıstana daxil olan nəqliyyat vasitələrinin müvəqqəti qalma müddəti sentyabrın 30-da başa çatır.

Bu barədə ölkənin Maliyyə Nazirliyinin Dövlət Gəlir Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, Avrasiya İqtisadi Komissiyası Şurasının 29 aprel 2020-ci il tarixli qərarı koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönələn tədbirlər çərçivəsində, habelə fərdlərin dövlət sərhədlərindən sərbəst keçə bilməməsi səbəbindən verilib.

Qərarda xarici nəqliyyat vasitələrinin (Avrasiya İqtisadi Birliyi ölkələrinin nəqliyyat vasitələri istisna olmaqla) müvəqqəti idxalını həyata keçirən fiziki şəxslər üçün bu müddəti 30 sentyabr 2021-ci ilədək uzadılması nəzərdə tutulurdu.

Komitədən bildirilib ki, 2020-ci ilin mart ayından bu günədək 4 708 xarici avtomobil qeydiyyata alınıb ki, onlardan 500-ü Qazaxıstan Respublikasında nəzarətdədir.

Qazaxıstana avtomobillər Azərbaycan, Əfqanıstan, Bosniya və Herseqovina, Almaniya, Gürcüstan, İslandiya, İspaniya, Litva, Moldova, Polşa, Sloveniya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Fransadan daxil olub.

Qayda pozuntusu aşkar edildiyi təqdirdə, avtomobil sahiblərinə qarşı lazımi tədbirləri görülənədək nəqliyyat vasitələri cərimə meydançasına yerləşdiriləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər