Qazaxıstanın Rəqəmsal İnkişaf Nazirliyi istifadəçi məlumatlarının Rusiya Federasiyasının FTX-ya ötürülməsi ilə bağlı məlumatlara görə, ölkədə “Yandex” saytının fəaliyyətinin dayandırıldığını açıqlayıb.
Bu barədə zakon.kz məlumat yayıb.
“2023-cü il avqustun 9-dan www.yandex.kz domen adının işi dayandırılıb”, – nazirlikdən bildirilib.
Agentlik əlavə edib ki, “Yandex” MMC-yə şirkətin istifadə etdiyi məlumatların emalı mərkəzlərinin yerləşdiyi yer və Qazaxıstan vətəndaşlarının şəxsi məlumatlarının mühafizəsi tədbirləri, habelə hansı prinsiplər əsasında həyata keçirildiyi barədə ətraflı məlumat vermək tələbi ilə sorğu göndərib.