10 C
Baku
Wednesday, December 11, 2024

Qazaxıstanda yanvar etirazlarından sonra 3 mindən çox cinayət işi açılıb

Qazaxıstanda yanvar etirazlarından sonra 3 mindən çox cinayət işi açılıb.

Bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb.

Məlumatda deyilir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının operativ iclasını keçirib, ona yanvar hadisələri ilə bağlı istintaqın gedişi barədə məlumat verilib.

Baş prokuror Gizat Nurdauletovun sözlərinə görə, hazırda 3 024 cinayət işi üzrə istintaq aparılır. Xüsusi prokurorların rəhbərlik etdiyi İdarələrarası İstintaq Qrupunda iğtişaşlar və terror aktları ilə bağlı 177 fakt var.

Prokurorluğun məlumatına görə, ümumilikdə 779 nəfər həbsdədir. Saxlanılanlardan 24 nəfəri mütəşəkkil cinayətkar dəstənin üzvü, 113 nəfəri isə qətl, oğurluq və soyğunçuluq cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb olunub.

İğtişaşlarda iştirakına dair sübutların olmamasına istinad edilərək daha 103 nəfər azadlığa buraxılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər