Qazaxıstanın Mangistau vilayətindəki Uzen yatağında aparılan əlavə kəşfiyyat işləri nəticəsində yeni neft yataqları aşkar edilib.
Qazaxıstanın dövlət neft-qaz şirkəti “KazMunayQaz”dan verilən məlumatda qeyd olunur ki, yeni aşkarlanan neft yataqları nəticəsində ölkədə neft ehtiyatlarının artımı 39,9 milyon ton təşkil edib.
Qeyd olunur ki, karbohidrogen ehtiyatlarının artması Qazaxıstanın dövlət neft-qaz şirkətinin iqtisadi göstəricilərinə əhəmiyyətli dərəcədə təsir edəcək.